Ekspert: “Ermənistan məntiqdən uzaq hərəkətlərə əl atır” AÇIQLAMA
"İndiyədək keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə həmişə olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi konstruktiv xarici siyasət və danışıqlarda olan mövqeyi hər dəfə olduğu kimi proqnozlaşdırılandır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov bu ilin sonunda gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı danışarkən deyib.
Beynəlxalq ekspertin sözlərinə görə, ölkəmizin böyük bir üstünlüyü odur ki, rəsmi Bakının atdığı addımlar əvvəlcədən proqnozlaşdırıla bilir: "Bu da stabilliyin və konstruktivliyin bir nümunəsidir. Təbii ki, bunu gözləmək olar. Ermənistan tərəfdindən isə təəssüflər olsun ki, xeyli müddətdir qeyri-konstruktiv mövqe və münasibət davam edir. Biz bunu yenə də müşahidə etsək, heç də təəccüblənməməliyik. Yəni belə bir ehtimal var. Amma hər halda prezidentlərin görüşməsi yaxşı bir zəmindir ki, gələcəkdə danışıqlarda hansısa uğurlu platforma təşkil edilsin".
T.Vahabov əlavə edib ki, Ermənistan tərəfi adətən çox təəccüblü və məntiqdən uzaq hərəkətlərə əl atır: "Baxmayaraq ki, Ermənistanın iqtisadiyyatı çox zəif artım dinamikasına malikdir, vətəndaşların rifahı aşağı səviyyədədir və s. amma onlar yenə də öz qeyri-konstruktiv mövqeyini davam etdirir. Təbii ki, bu, məntiqə sığmayan bir hərəkətlərdir. Ümid edirik ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkəcək. Amma fakt və reallıq onu göstərir ki, rəsmi İrəvan hələ də öz niyyətlərdindən əl çəkmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB