Aydın Quliyev: “5-ci kolon” destruktivizasiya olunub” AÇIQLAMA

Aydın Quliyev: “5-ci kolon” destruktivizasiya olunub” AÇIQLAMA

"Azərbaycanda 1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə "5-ci kolon"dan istifadə olunmanın mümkünlüyünü heç vaxt nəzərdən qaçırmaq olmaz". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, hətta belə cəhdlər olsa belə, onun nə ilə nəticələnəcəyi inandırıcı deyil: "Vaxtilə mövcud olan "5-ci kolon" deyilən qüvvələr bu gün Azərbaycanda demək olar ki destruktivizasiya olunub. Yəni, onların strukturları, şəbəkələri artıq sökülüb. Onların haradan necə idarə olunduqları, maliyyə aldıqları, ölkənin daxilindəki iş üsulları, taktikaları, beynəlxalq miqyasda müəyyən əlaqələri və s. barədə çoxlu informasiyalar var. Belə olan şəraitdə həmin "5-ci kolon"un düşünmürəm ki, hansısa məsələlərin icrasında böyük qüvvəyə çevrilə bilərlər. Bu şans sadəcə olaraq yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə