Nurxan Babayev: “Aparıcı qüvvə sayılan gənclər söz sahibidir” AÇIQLAMA
"Qarşıdan gələn 1 noyabr Parlament seçkilərində ölkə gənclərinin həm seçici kimi, həm də seçkilərin təşkilində fəal iştirakçı kimi olmağı mühüm məsələdir. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətidünya ölkələrinə nümunə olacaq bir səviyyədədir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər ruhda yeni nəsil yetişib". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nurxan Babayev deyib.
Onun sözlərinə görə, ölkəmizdə gənclərə olan dövlət qayğısı günbəgün artmaqdadır, gənclərin hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb: "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" kimi sənədlərin qəbulu ölkə başçısının gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir. Bu proqramların hər biri gənclərin maraq və istəkləri nəzərə alınaraq hazırlanır. Ölkə gənclərin dünyanın ən qabaqcıl, nüfuzlu ali təhsil müəssisələrində təhsil alması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və bu fond vasitəsi ilə yaradıcı gənclərin təşəbbüslərinə dəstək verilməsi, "Virtual Qarabağ" İKT mərkəzinin yaradılması ilə Qarabağ həqiqətlərinin internet vasitəsi ilə dünyaya çatdırılması, Azərbaycan Tələbə Kartının yaradılması və tələbələr üçün müxtəlif məkanlarda güzəşt və endirimlərin tətbiqolunması, Respublikasımızın bir çox şəhər və rayonlarında 40-a yaxın gənclər evinin istifadəyə verilməsi, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və görülən bir çox işləri qəbul edilən sənədlərin nəticəsi olaraq qeyd edə bilərik".
N.Babayev əlavə edib ki, 24 illik müstəqillik tariximizdə ölkəmiz bir çox böyük uğurlara imza atıb: "Bu uğurlar bütün sahələri əhatə edib. Gənclər və idman sahəsində qazandığımız ən böyük uğurlarımızdan biri isə Bakının ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməsidir. Bu oyunların uğurlu keçirilməsində ən böyük pay sahiblərindən biri, əlbəttə ki,20 minə yaxın gənclər, könüllülər ordusu idi. Qarşıda bizi növbəti beynəlxalq tədbirlər gözləyir ki, bu məsuliyyətli işlərdə də gənclərimizin öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inanıram. Bu gün Parlament seçkilərində gənclərin namizədliyinin irəli sürülməsi böyük gənclər ordusu üçün çox mühüm stimuldur. Gənclərin inkişaf etdirilməsi, onlara müxtəlif dövlət qurumlarında, qanunverici orqanda gənclərintəmsil olunmasına şərait yaradılması, onlara etimad göstərilməsi qürurverici amildir.
Ölkəmizdə aparıcı qüvvə sayılan gənclər söz sahibidir. Qarşıdan gələn Parlament seçkilərində bütün gəncləri fəal iştirak etməyə və gənclər üçün hər cür şərait yaradan, sülh-əminamanlıq prinsipi ilə fəliyyət göstərən, ümumilikdə ölkəmizin inkişaf etdirilməsində böyük rol oynayan və Azərbaycanı irəliyə aparan qüvvəyə,Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Əfsuslar olsun ki, 20 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycan ordusunun əsas hissəsi olan gənclərin sağlam inkişafı, ordumuzun qüvvətlənməsi deməkdir. Əminliklə deyə bilərəm ki, biz gənclər cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir və dəstəkləyəcək, ölkə başçısının ətrafında sıx birləşərək vətənimizin, Azərbaycanımızın inkişafı üçün əlimizdən gələni edirik. Hər zaman əlimizdə silah Ali Baş Komandan İlham Əliyevin əmri ilə vətənimizin müdafiəsinə qalxmağa hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB