Hansı AXCP-ni Ədliyyə Nazirliyi rəsmi olaraq tanıyacaq? AÇIQLAMA
"Hansı AXCP-ni dəstəkləyib dəstəkləmədiyimiz indiki məqamda önəmli deyil. İki məsələ həlledici rol oynayacaq. Birincisi Ədliyyə Nazirliyi tərəflərdən birini rəsmi AXCP olaraq tanıyacaq, ikincisi isə mənəvi məsələdir. Yəni cəbhəçilərin hansı tərəfi cəbhə kimi tanıyacaqları və kiminlə birgə yola davam edəcəkləri həlledici məqam olacaq". Bunu SİA-ya Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı Razi Nurullayevin başçılığı ilə AXCP Etimad Qurultayı TK-nin son qurultayına münasibət bildirərkən deyib.
Tural Abbaslı həmçinin Müsavat Partiyasının başqanı Arif Hacılının Əli Kərimliyə dəstək verməsinə də münasibət bildirib. O qeyd edib ki, sözügedən məsələ Arif Hacılının öz seçimidir: "Arif Hacılı bir partiya rəhbəri kimi zatən başqa cür seçim edə bilməzdi. Çünki o şəxsi yanaşmasından daha çox partiyanın mövqeyindən çıxış etməlidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB