Təhsil işçiləri Kamaləddin Qafarova səs verəcəklər

Təhsil işçiləri Kamaləddin Qafarova səs verəcəklər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Qafarov Kamaləddin Nəsrəddin oğlunun təhsil işçiləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov partiyanın namizədi Kamaləddin Qafarovun fəaliyyəti ilə bağlı qısa məlumat verdikdən sonra bildirdi ki, bugünkü görüş cəmiyyətimizdə önəmli rol oynayan təhsil işçiləri ilə təşkil olunub:"

Dünyanın qavranılması elmdə olduğundan müəllimə bütün zamanlarda ehtiyac duyulur. Hər yerdə olduğu kimi, Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə, böyüklüyünə hörmətlə yanaşır. Bir müəllimin gücü bir ordu ilə müqayisə oluna bilər".

R.Göyüşov seçiciləri 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində fəal iştirak etməyi tövsiyə edərək, cəmiyyətin həyatında önəmli rol oynayan Azərbaycanda, eləcə də Qafqazda lider partiya olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə - Kamaləddin Qafarova səs verməyə çağırdı.

Görüşdə çıxış edən partiyanın namizədi Kamaləddin Qafarov seçicilərinə vaxt tapıb tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirdi. Özü haqqında geniş məlumat verən K.Qafarov parlamant seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyünə və ona belə etimad göstərildiyinə görə dərin minnətdarlığını bildirdi.

Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən, iqtisadi inkişafdan danışan K.Qafarov ölkə həyatının bütün sferalarında olduğu kimi, təhsil sahəsində də islahatların aparıldığını, dövlət proqramlarının həyata keçirildiyini vurğuladı: "Məlumdur ki, müasir dövrümüzdə hər bir vətəndaşın keyfiyyətli və fasiləsiz təhsil alması imkanının təmin edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən yüksək şərait yaradılıb. Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunədərindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir".

K.Qafarov son zamanlar Binəqədi ərazisində görülən işlərə də nəzər salaraq bildirdi ki, rayonda böyük quruculuq-abadlıq işləri aparılıb. Buna görə ölkə Prezidenti Cənab İlham Əliyevə borcluyuq. K, Qafarov millət vəkili seçiləcəyi təqdirdə, seçicilərin etimadını doğduldaraq xalqın əsl elçisi olacağını bildirdi.

Görüşdə çıxış edən APDU-nun professoru Rahib Abbasov deputatlığa namizəd K.Qafarovu yaxından tanıdığını və onun həkim olmasına baxmayaraq, təhsilə daha yaxın olduğunu bildirdi. O, Binəqədi rayonunda ziyalılar evinin tikilməsi təklifini irəli sürərək, bu işin reallaşmasında köməklik göstərməsinin rica etdi.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun kafedra müdiri Yusif Alıyev xalqımızı Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birləşməyə çağırdı.

Görüşdə çıxış edən Respublika Kimya-Biologiya Təmayüllü Liseyin müəllimi Muxtar Ağayev Kamaləddini yaxından tanıdığını bildirərək, onun ziyalı kimi keyfiyyətlərinə nəzər saldı. Ona etimad göstərilərək millət vəkili seçəcəkləri təqdirdə, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə söz verdi və seçiciləri partiyanın layiqli namizədinə - Kamaləddin Qafarova səs veməyə çağırdı.

Seçicilərdən Məhsəti Abbasova, Zahid Camayev, Məhluqə Çıraqova, Ruslan Məhiyev və başqaları çıxış edərək xalqımızın etimadını qazanmış və 670 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının layiqi namizədini dəstəkləyəcəklərini bildirdilər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə