Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilər missiyasının bir qrup üzvü noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Gəncəyə gəlib. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə seçkilərə hazırlıqla bağlı görülən işlər barədə müşahidəçilər missiyasının üzvlərinə ətraflı məlumat verib.
Sonra müşahidəçilər missiyasının üzvləri Andrey Baranov, Dmitri Qladey və Stanislav Tkatenko çıxış edərək diqqətə çatdırıblar ki, qrup Milli Məclisin dəvəti ilə Azərbaycana gəlib və məqsəd noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyətini öyrənmək, seçkilərin keçirilməsini müşahidə etməkdir. Seçkilərlə bağlı ilk müşahidələrini Gəncədən başlayan qrup üzvləri burada dairə seçki komissiyalarında, həmçinin seçki məntəqələrində olacaqlarını diqqətə çatdırıblar.
MDB PA-nın müşahidəçilər missiyasının üzvləri bildiriblər ki, hər bir deputat yerinə 7-8 namizədin olması çox müsbət haldır və bu, seçkilərin demokratik şəraitdə keçməsi üçün böyük imkanlar yaradacaq.
Sonda müşahidəçilər missiyasının üzvləri Azərbaycanda parlament seçkilərinin demokratik, şəffaf keçəcəyinə əminlik ifadə ediblər.
Görüşdən sonra MDB PA-nın müşahidəçilər missiyasının üzvləri seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün dairə seçki komissiyalarına yollanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB