"Azərbaycanın problemləri AŞPA-nı narahat etmir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu deyib.
O, Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Braserin Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubla bağlı danışıb: "Anti-Azərbaycan mövqeyi tutan qüvvələr Azərbaycana qarşı hansı mövzu üzrə məsələ qaldıracaqlarını yaxşı bilirlər. İnsan hüquqları və demokratiya məsələsi elə bir mövzudur ki, Avropa strukturu rəhbərlərinin bu mövzuda verəcəyi reaksiya məlumdur. Buna qarşı heç kəs laqeyd qala bilməz. Məhz elə buna görə ermənilər insan hüquqları və demokratiya ilə bağlı mexanizmləri daim Azərbaycana qarşı qaldırırlar".
O bildirib ki, Azərbaycana qarşı tətbiq olunan bu təzyiqlər yenə də davam edəcək: "Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı öz həqiqətlərini dünyaya çatdıra bilib. Ermənilər Dağlıq Qarabağ məsələsində artıq Azərbaycana uduzub. İndi onlar bu yollarla bizi narahat etməyə çalışırlar. Əslində Azərbaycan üçün narahat olduğunu bildirən şəxslər Azərbaycana görə heç də narahat deyillər. Azərbaycanın köklü problemləri var və Azərbaycanda 1 milyon insanın yaşam hüququndan başqa bütün hüquqları pozulub. Əgər Azərbaycanın problemi onları narahat edirsə, buna hökmən reaksiya verməli idilər. Əgər bu onları narahat etmirsə, reaksiya verməyəcəklər. Onların öz məqsədləri var və buna uyğun hərəkət edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB