Akif Nağı: “Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq” AÇIQLAMA

Akif Nağı: “Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq” AÇIQLAMA

"Ermənistanda hakimiyyətdə olan rejimin xarakteri, xüsusiyyəti ilə bağlı Azərbaycan tərəfi istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıdırı". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

QAT sədrinin sözlərinə görə, beynəlxalq təşkilatın, ictimaiyyətin özü də çox gözəl bilir ki, Ermənistanda anti-insani bir rejim hakimiyyətdədir: "Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, orada hakimiyyətdə oturanlar özlərinə hərbi xunta yaradıblar. Onlar həm Azərbaycana qarşı təcavüzkarlıq hərəkəti törədiblər, həm də öz xalqına, vətəndaşlarına qarşı etdiyi hərəkətin heç birindən çəkinmirlər. Son hadisələr də onu göstərir ki, rəsmi İrəvanda Azərbaycana mühacir edən erməni müxalifət liderinin ailəsinə, anasına qarşı ağılasığmaz hərəkətlər etdilər. Bununla belə, onların açıq şəkildə heçnədən çəkinmədən Azərbaycanın ərazilərinin bir hissəsini öz əraziləri elan etmələri bütün deyilənlərə bariz sübutdur. Hesab edirəm ki, bütün bunları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Təbii ki, Azərbaycan Prezidenti də bu istiqamətdə addımlat atır. Artıq dözmək olmaz. Ermənistandakı rejim dəyişməlidir. Əgər o rejim dəyişməsə regionda hamı üçün (həm Ermənistanın özü, həm də qonşu ölkələr üçün) çox böyük təhlükə qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə