Malik Həsənov seçiciləri ilə görüş keçirib FOTOLAR

Malik Həsənov seçiciləri ilə görüş keçirib FOTOLAR

Bu gün 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Əvəz oğlu Həsənov Sərhədabad, Kürdlər və Cəngan kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir. Son 12 il respublikamızın iqtisadi, siyasi, sosial, elmi və humanitar həyatı mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə olunub. Dövlətimizin başçısının mahir və çevik idarəetmə qabiliyyəti, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, mükəmməl iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınmaqdadır.

M.Mirxaslı, 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Əvəz oğlu Həsənovun həyat və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.

Görüşdə Cəlilabad şöbəsinin Seçki Qərargahının üzvü Cahangir Muradov parlament seçkilərinə hazırlıqla əlaqədar rayon təşkilatının və onun seçki qərargahının həyata keçirdiyi tədbirlər, habelə seçkilərin keçirilməsinə hazırlığın ən mühüm mərhələsi hesab olunan təbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlı seçicilərə ətraflı məlumat verib.

Seçicilərlə keçirilən görüşdə çıxış edən 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Əvəz oğlu Həsənov bildirib ki, YAP-ın Seçki Proqramında göstərilən sahələrə daha çox diqqət yetirəcək. M.Həsənov ölkəmizin inkişafından, əldə olunan uğurlardan bəhs edərək bildirib ki, son illərdə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrini əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının uğurla həyata keçirilməsi xalqın iqtidara olan inamını daha da möhkəmləndirib: "Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş üfüqlər açıb. Bütün qazanılan bu nailiyyətlər ölkə Prezidentinə və Onun apardığı uğurlu siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, bütövlükdə, Azərbaycan xalqı, ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Məhz bu səbəbdəndir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərirlər".

M.Həsənov daha sonra deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər barəsində geniş məlumat verib: "Partiyamız öz sıralarında, həm də namizədləri siyahısında cəmiyyətdə kifayət qədər nüfuza, intellektual potensiala malik olan və Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi istiqamətində çox önəmli işlər görmüş nümayəndələri birləşdirir. Bu faktor vətəndaşların YAP-a olan inamını daha da artırır. Mən sizi əmin edirəm ki, əgər Milli Məclis üzvlüyünə seçilərəmsə, sizləri ləyaqətlə təmsil edəcəyəm. Bütün problemlərinizin həllinə çalışmaq, kömək etmək bir cəlilabadlı kimi mənim borcumdur".

Seçicilərdən İlham Əmirov, Məhəmməd Kərimov, Divanxan Xankişiyev Divanxan, Səadət İsmayılova, Kürdlər kəndində Gözəl Şərifova, Səfərxan Qurbanov, Əzizağa Hüseynov, Aydın Tağıyev, Xudayar Sultanlı, Cəngan kəndində Qələmhüseyn Nəzərov, Hüsü Suleymanov, Hüseynağa Kərimov, Barat Əliyev, Pöhrüzxan Qubadov və başqaları çıxış edərək bildiriblər ki, onlar artıq öz seçimini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafı və sabitliyin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə