Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr və 9 oktyabr 2015-ci il tarixli iclas protokolları təsdiq edilib.
Daha sonra MSK katibi Arifə Muxtarova tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında məlumat verilib. Eləcə də MSK-nın üzvü Şaitdin Əliyev tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Bununla belə A. Muxtarova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər barədə məlumat verib. MSK-nın üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov isə müraciətlər haqqında fikirlərini bildiriblər.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB