Layiqli namizədə layiqli dəyər TƏRCÜMEYİ-HAL - VİDEO

Layiqli namizədə layiqli dəyər TƏRCÜMEYİ-HAL - VİDEO

Rəşad Məmmədqulu oğlu Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbdə oxuyub. 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsili alıb. 1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb.

2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində ürək-damar cərrahı işləyib.

2003-2004-cü illərdə Türkiyə Respublikasındakı Şifa Xəstəxanalar Qrupunda ürək-damar cərrahı işləmişdir. 2004-2005-ci illərdə Türkiyə Respublikasının İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı işləmişdir. 2005-ci ildən hal-hazıra qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 6000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparmışdır. Son illər həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları da aparmışdır. Xaricdə 1 kitabı, 15 elmi məqaləsi və 40 tezisi, Azərbaycanda isə 8 elmi məqaləsi və 5 tezisi çap olunmuşdur. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və texniki təchizatdan sonra açılışı 2005-ci 7 Sentyabr tarixində həmkarı Qulam Rüstəmzadə ilə "Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasını" təsis etmişdir. 2010-cu ildə İctimai birliyinin adı "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" olaraq dəyişdirilmiş. 2006-cı ildən Azərbaycanda və dünyanın müxtəlif ölkələrində 40-dan çox Beynəlxalq və regional konfransın təşkilinə rəhbərlik etmiş. 2005-ci ildən xaricdə keçirilən 50-dən çox Beynəlxalq konfransda isə iştirakçı olmuşdur. Mükafatlar və Fəxri ünvanlar 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı" ilə təltif olunmuşdur. 10 may 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunmuşdur. 16 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Həkim" fəxri adı ilə təltif edilmişdir.

Qeyd edək ki, Rəşad Mahmudov Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı tərəfindən 77 saylı Astara seçki dairəsindən 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərə namizəd kimi irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə