Cəlilabadda seçki hüququ ilə bağlı tədbir keçirilib

Cəlilabadda seçki hüququ ilə bağlı tədbir keçirilib

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Mərkəzi Seçki Komissiyası ilə birgə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının tətbiqi vəziyyətinin müzakirəsi və seçki hüququ ilə bağlı regional maarifləndirmə tədbirlərini davam etdirir. SİA-nın Cənub bürosunun məlumatına görə, növbəti belə tədbir Cəlilabad şəhərində keçirilib. Bölgənin 11 rayonu üzrə icra hakimiyyəti orqanları nümayəndələrinin və Dairə Seçki Komissiyaları sədrlərinin iştirakı ilə keçən tədbirdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması sahəsində həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr", "Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun daha səmərəli təmini" mövzularında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı mövzu ilə bağlı ətraflı məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə