Ziyafət Əsgərov seçiciləri ilə görüşüb FOTOLAR

Ziyafət Əsgərov seçiciləri ilə görüşüb FOTOLAR

Oktyabrın 10-da 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor Ziyafət Əsgərovun təbliğat-təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşü olub. SİA-nın verdiyi məlumata görə, Şürük, Şıxəkəran, Xolmili kəndlərinin 500 nəfərdən artıq seçiciləri ilə keçirilən görüşdə namizədin vəkili Elşad Nəsirov Z.Əsəgov haqda seçicilərə ətraflı məlumat verib.

Sonra Ziyafət Əsgərov çıxış edərək ötən 5 il ərzində Respublikada və Lənkəran rayonunda görülən işlərdən danışıb. Sonra namizədin çıxışını alqışlarla qəbul edən seçicilər arasında səmimi söhbətlər olub, onları maraqlandıran və rayonda həlli vacib məsəllərdən söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə