Politoloq: “Səfərlərin qeydləri kağız üzərində qalacaq” AÇIQLAMA

Politoloq: “Səfərlərin qeydləri kağız üzərində qalacaq” AÇIQLAMA

"ATƏT-in sədri də daxil olmaqla orada fəaliyyət göstərən bütün nümayəndələr erməni hərbi birləşmələri tərəfindən Azərbaycan tərəfinin intensiv atəşə tutulmasını, əhalinin orada hansı təhlükəli şəraitdə olmasını çox gözəl bilir və münaqişənin həll olunmasında göstərdikləri fəaliyyətsizlikləri bu məqamlarda da göstərməkdə davam edirlər". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, əslində ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün yaradılıb və fəaliyyətləri də o istiqamətdə olmalı idi. Ancaq təəssüflər olsun ki, bu qurum hələ də bir irəliləyişə nail ola bilməyib. Hesab edirəm ki, bu səfərlərinin qeydləri də kağız üzərində qalacaq və Ermənistan dövlətinə təsir etmək imkanlarının heç birindən istifadə etməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə