İran səfirliyində mətbuat rəhbərinin təqdimatı keçirilib YENİLƏNİB

İran səfirliyində mətbuat rəhbərinin təqdimatı keçirilib YENİLƏNİB

Bu gün İran İslam Respublikasının Azərbaycandakı səfirliyində yeni mətbuat xidməti rəhbərinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində İranın Azərbaycandakı fövqəladə və səlahyyətli səfiri Möhsün Pakayin və media nümayəndələri də iştirak edib.

Səfir bildirib ki, bu gün onun Azərbaycana ezam olunmasından üç il ötür: "Bu müddət ərzində mənim media nümayəndələri ilə çox gözəl əlaqələrim olub. Son 3 ildə səfirliklə media nümayəndələri, ümumilikdə iki ölkə arasında çox gözəl münasibət qurulub. Beləcə bir sıra anlaşılmazılıqlar aradan qaldırılıb. Bu işdə İİR-nın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbərinin də rolu böyük olub. Mətbuat xidmətinin rəhbəri olan Seyyid Məhəmməd Ayətullahinin missiyası artıq bitir və o İrana qayıdacaq. Onun mətbuat xidmətinin rəhbəri olduğu müddətdə 70-80 nəfər jurnalist, o cümlədən operatorlar İrana səfər etdi. Onun fəaliyyəti dövründə bir çox sənədlər imzalandı və media sahəsində mühüm işlər görüldü. Məhəmməd Rza Nəcəfi İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yeni rəhbəri təyin olunub. Nəcəfi ailə məsələsində çox fəaldır, onun 5 övladı var. Onun Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edirəm".

Seyyid Məhəmməd Ayətullahi də öz növbəsində ona Azərbaycanda göstərilən diqqətə görə səfirə və media nümayəndələrinə təşəkkür edib: "İnanıram ki, iki ölkənin mediası bundan sonra da uğurlu şəkildə əməkdaşlıq edəcək. Azərbaycanın bir sıra media orqanlarının nümayəndəliklərinin İranda açılması məsələsi davam etdirildi. Hazırda onların sayı dördə çatıb".

Yeni mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi isə hər kəsə minnətdarlıq ifadə edib: "Mən media nümayəndələri salamlayıram. Mən Xəzər dənizi sahillərində böyümüşəm və bundan sonra sizlərin yanınızda olacam. Ümid edirəm ki, İİR-nın şəffaf mövqeyini ifadə etmək üçün sizə yaxın bir yoldaş olacam. Bu yolda bizim əsas silahımız məntiq və məhəbbətdir".

Sonda səfir tərəfindən keçmiş mətbuat xidmətinin rəhbərinə hədiyyə təqdim olunub.

Tədbir diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə