Penitensiar xidmət əməkdaşları Türkiyədə

Penitensiar xidmət əməkdaşları Türkiyədə

1-3 oktyabr 2015-ci il tarixlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Avropa Birliyi ilə Türkiyə Respublikasının birgə "Ceza İnfaz Kurumlarında İnfaz Hizmetlerinin İyileştirilmesi Texnik Destek Projesi"nin açılış mərasimi və Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Cəzaçəkmə müəssisələri və təcridxanalarda hazırlanan məhsullar" adlı sərgi keçirilib. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, Məhkumların əməyinin təşkili şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov və 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Əli Əmirov təmsil ediblər.

Sərginin açılışında çıxış edən Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru N.Cəlilov iki ölkənin Ədliyyə nazirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğunu, tədbirin, həmçinin bu sahədə aparılan işlərin əhəmiyyətini vurğulayıb.

Səfər əsnasında həmçinin rəsmilərlə işgüzar görüşlər keçirilib. Görüşlər zamanı xidmət üzrə müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə