Məzahir Pənahov: “1750 nəfər imza vərəqəsi alıb”

Məzahir Pənahov: “1750 nəfər imza vərəqəsi alıb”

"Seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib. Onlardan 572-si siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "1805-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Deputatlığa namizədliyini irəli sürənlərdən 1750 nəfəri imza vərəqəsi alıb. 1365 nəfər artıq imza vərəqələrini qaytarıb. Qeydə alınan namizədlərin 213-ü siyasi partiyalar, 5-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 662-si isə fərdi qaydada irəli sürülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə