Vitse-spiker: “İstəkləriniz heç zaman reallaşmayacaq"

Vitse-spiker: “İstəkləriniz heç zaman reallaşmayacaq"

"Qərbi Avropadan olan ölkələrin beynəlxalq təşkilatlarda, o cümlədən, Parlament Assambleyalarındakı nümayəndələrini əstəfurullah Allahın və "demokratiyanın" canişini hesab edən soydaşlarıma demək istəyirəm ki, istər ATƏT-in, istər də AŞPA-nın bütün üzvləri və rəsmiləri bərabərhüquqlu statusa malikdirlər. Səməd Seyidovun yeni vəzifəsində səlahiyyətlərinin nədən ibarət olduğunu öyrənmək üçün onun özündən, yaxud həmkarlarından soruşmaq, eləcə də təşkilatın sənədlərinə baxmaq kifayət idi. Bunun üçün A.Qrossa müraciət etmək və onun fikirlərini tirajlamağa ehtiyac yox idi". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova sosial şəbəkədəki səhifəsində paylaşıb.

Bahar Muradova qeyd edib ki, yox əgər məsələ S.Seyidovun sizin gözləntilərinizə rəğmən rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə qurumdan xaric edilməsi idisə də, söyləməliyəm ki, bu istəkləriniz heç zaman reallaşmayacaq: "Azərbaycana neft iyinə gəlib ondan payını almayanların təəssüfünü ölkəmizə qarşı qərəzə və qəzəbə çevirməsində alət olmanızın səbəbini isə anlayıram, ancaq qəbul edə bilmirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə