Millət vəkili: “Rusiya və ABŞ dünyaya hərbi güc nümayiş etdirir” AÇIQLAMA
"İran və Rusiyanın Suriyaya dəstək olması və PKK-ya silah satması onların ikili münasibətlərindən irəli gəlir". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva söyləyib.
Millət vəkili bildirib ki, dünyada geosiyasi vəziyyət tam dəyişib: "Hazırda iki böyük dövlət olan Rusiya və Amerika Birləşmiş Ştatları dünyaya güc nümayiş etdirir. Onlar sanki hərbi güclərini nümayiş etdirmək istiqamətində siyasət yeridirlər. Asiya qitəsində öz nüfuzlarını bərpa etmək və siyasi hegemonluqlarını göstərmək niyyətindədirlər. Bu da sirr deyil ki, Rusiya Suriyadakı hakimiyyəti dəstəkləyir. Təəssüf ki, bu da hər iki dövlətin ikili standartlar göstərdiyinin bariz nümunəsidir. Bu cür münasibətlər bizlərə qarşı da illərdir ki, yönəldilir. Bildiyiniz kimi, Dağlıq Qarabağ məsələsinin həll olunmaması da ölkəmizə qarşı aparılan ikili standartlarla bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB