"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında AŞ PA-nın sədri Ann Brasör (Anne Brasseur) çıxışı zamanı iddia edirdi ki, guya Azərbaycanda insan hüquqları pozulur, Avropa dəyərlərinə hörmət edilmir. Bu, Avropa Şurasının ölkəmizə qarşı apardığı növbəti anti-Azərbaycan kampaniyasıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə söyləyib.
Millət vəkili bildirib ki, cəmiyyət bu cür uydurma sözlərə fikir verməməlidir: "Avropa Şurası Azərbaycana müşahidəçi göndərmək qərarına gəlir. Həmçinin də Avropa İnsan Hüquqları komissarı tribunadan ölkəmiz haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bu bütün beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətdə ikili yanaşmasıdır. Onlar ölkəmizə qarşı müxtəlif böhtan xarakterli məlumatlar verirlər. A.Brasörün fikirləri də heç bir həqiqətə uyğun deyil. Sadəcə anti-Azərbaycan kampaniyasına qoşulan Qərbdəki insanların sırasında olan şəxslərdən biri kimi o, bu cür də danışmalı idi. Ancaq Azərbaycan cəmiyyəti kimin kim olduğunu çox gözəl anlayır. Belə ki, hüququ pozulan dediyi şəxslərin qanunvericiliyin tələblərini pozması, geo-şəxsi mənafeləri naminə dövlətimiz əleyhinə işləyən insanlar olmasını hər kəs çox yaxşı başa düşür. Ona görə də bu çeynənmiş fikirlərin söylənməsi bizi narahat etməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB