Akif Nağı: "Ermənistan işğalçı mövqeyindən əl çəkməlidir" AÇIQLAMA
"Bu gün Ermənistandakı vəziyyətə Rusiya nəzarət edir. Amma rəsmi İrəvanda vəziyyət olduqca gərgindir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistandakı kütləvi aksiyalara münasibət bildirərkən deyib.
QAT sədrinin sözlərinə görə, ola bilsin ki, Rusiyanın Ermənistandakı vəziyyəti nəzarətdə saxlaya bilməsin: "Artıq aydın görünür ki, Ermənistan hakimiyyəti vəziyyətə nəzarət edə bilmir. Hətta belə bir məlumat yayılıb ki, onlar ölkədəki vəziyyəti nizama salmaq üçün beynəlxalq təşkilatlardan kömək istəyirlər. Bu gün rəsmi İrəvanın apardığı yalnış siyasətin kökündə Ermənistanın işğalçı siyasəti dayanır. Bu gün Ermənistan balaca bir ölkədir və özünü dolandıra bilmir. Bununla belə Azərbaycanın 14 min kvadrart kilometrdən çox ərazisini işğal edib".
A.Nağı hesab edir ki, rəsmi İrəvan işğalçı olduğuna görə, həm əraziləri nəzarətdə saxlamağa gücü çatmır, həm də işğalçı siyasətinə görə regionda bütün layihələrdən təcrid olunub: "Yəni hər şeyin kökündə Ermənistanın işğalçı və təcavüzkar siyasəti dayanır. Ona görə də onlar bu gün acınacaqlı vəziyyətə düşüblər. Onların bir çıxış yolu var. Bu da ki, öz təcavüzkar, işğalçı mövqelərindən geri çəkilmələridir. Beləcə hadisələrin gedişi Ermənistanı xaos vəziyyətinə gətirib çıxarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB