Ulu Öndərin xatirəsini anıldı

Bu gün Neft-qaz sənayesi işçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin imzalanmasının 21-ci ildönümü ilə əlaqədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar. SİA-nın məlumatına görə, SOCAR rəhbərliyi Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar, eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə