"Bu ATƏT tərəfindən atılmış növbəti qərəzli mövqedir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə iştirakı ilə bağlı verdiyi qərara münasibət bildirib. Fəzail İbrahimli sözlərinə görə, bu ATƏT nümayəndələrinin Azərbaycana qarşı tətbiq etdiyi növbəti qərəzli mövqedir: "ATƏT bu gün Azərbaycanla başqa bir dildə danışmalıdır. Çünki neçə illərdir ki, bu təşkilat Azərbaycanın problemini həll edə bilmir. Onlar bunu etiraf etməlidirlər. Lakin onlar Azərbaycana hökm etməyə və nəyisə diktə etməyə çalışırlar. Müəyyən hədə-qorxularla Azərbaycana təsir etməyə çalışırlar.
Azərbaycan Parlamentində keçirilən seçkilər Azərbaycan xalqının iradəsindən asılıdır, ATƏT-dən yox. Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu seçkiləri müşahidə etmək üçün nümayəndə göndərəcəksə, buyursunlar. Biz onları qəbul edərik. Əgər bunu etməkdən imtina edirlərsə də bu onların öz seçimidir. Seçkinin taleyi hansısa bir əmrlə müəyyən edilmir. Seçkinin taleyini xalq müəyyən edir. Burada əsas olan odur ki, Azərbaycan xalqı öz sözünü deyəcək və parlamentdə görmək istədiyi nümayəndələri seçəcək. Əgər ATƏT nümayəndələri bu seçkilərdə iştirak etməyəcəksə Azərbaycan xalqı ona yalvarmayacaq".
O, bildirib ki, ATƏT belə bir addımı atmaqla Azərbaycanda keçiriləcək seçkilərinə müdaxilə edərək onu gözdən salmağa və xalqın demokratik ruhuna xələl gətirməyə çalışır: "Azərbaycan xalqı bu cür hallarla çox qarşılaşıb. Güman edirəm ki, onların bu niyyəti ürəklərində qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB