"İcra başçılarının təyinatına dair müvafiq sərəncamların imzalanması Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir və məncə, müzakirə olunmur". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Deputatın sözlərinə görə, icra başçılarının təyinatı ilə bağlı imzalanan sərəncamlarda həmin şəxslərə böyük etimad göstərilib: "Yeni təyin olunan kadrların məsuliyyətinin daha da artacağı və əvvəlkindən də yaxşı işləyəcəkləri inancındayam. Təyinatlar müvafiq şəhər və rayon sakinlərinin faydasınadır".
Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Eldar Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zakir Fərəc oğlu Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Zakir Fərəc oğlu Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Nəsib Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısı İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB