Suraxanı rayonunda seçkilərə hazırlıq davam edir

Suraxanı rayonunda seçkilərə hazırlıq davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında 2015-ci il Parlament seçkiləri ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilir. SİA-nın xəbərinə görə, belə ki, rayon təşkilatında 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb, üzvlər arasında vəzifə bölgüsü aparılıb, növbətçi qrafiki təşkil olunub.

Rayon təşkilatı aparatı tərəfindən seçki siyahısının dəqiqləşdirilməsi sona çatmaq üzrədir. Artıq Qərərgah üzvləri ilə treninqlər keçirilib, seçki qərərgahı texniki -təchizatla( telefonlar, kompyuter, internet, sürətçıxarma aparatları ) təmin olunub.

Seçici imzalarını toplayacaq fəal YAP üzvləri ilə söhbət aparılıb və onlara bu sahədə treninq keçirilib.

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin gəncləri ilə görüş keçirilib, onlara Parlament seçkiləri ilə bağlı məlumat verilib. Seçki ilə bağli İKT-nin bütün vasitələrindən istifadə olunması üçün rayon təşkilatlarında qruplar yaradılıb, seçicilərin telefon müraciətlərinin və mobil telefon mesajlarının göndərilməsi formaları müzakirə olunub.

Bundan əlavə, YAP Suraxanı rayon təşkilatının fəal gəncləri sosial şəbəkələrdə qruplar yaratmağa başlayıblar. Belə ki, partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra cəmiyyətin nüfuzlu üzvləri haqqında müsbət rəylər, video roliklərin yayılmasına başlanacaq.

Suraxanı rayonu təşkilatında seçki günü dairə və məntəqələrdə iştirak edəcək müşahidəçi və məşvərətçilərin forma üzrə siyahıları işlənib, onlarla söhbətlər aparılıb.

Həmçinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən seçkiqabağı təbliğatın aparılması üçün nəzərdə tutulan yerlərin siyahısı hazırlanıb, həmin yerlərdə lazımi təmir və abadlıq işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə