Poltoloq: "Müharibənin baş verməsi gözlənilmir" AÇIQLAMA

Poltoloq: "Müharibənin baş verməsi gözlənilmir" AÇIQLAMA

"Rəsmi Kiyevlə Cənubi Ukrayna arasında arasında gedən münaqişənin axır nəticəsi Dağlıq Qarabağ məsələsinə çevriləcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasındakı qarşıdurma prosesinin birbaşa nəticəsidir: "Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə əlindən gələni edir və edəcək. ABŞ bu sahədə Ukraynaya həm hərbi, həm də siyasi cəhətdən birbaşa və yaxından kömək edir. Lakin digər bir reallıqda ondan ibarətdir ki, Ukraynadakı separatçıların arxasında Rusiya dayanıb. Bu bir faktdır və Rusiya tərəfindən inkar olunmur. Bu proses yaxın gələcəkdə də davam edəcək. Rusiya separatçılara yardımını davam etdirəcək. Bu qarşıdurma hələlik lokal regionda- Ukrayna ərazisində davam edəcək. Proseslərin miqyaslı xarakter alması və müharibənin baş verməsi gözlənilmir. Danışıqlar prosesi vaxtaşırı olaraq gedəcək. Lakin çox güman ki, axır nəticə Dağlıq Qarabağ məsələsinə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə