Rufiz Qonaqov: “QHT sektorunda bundan sonra da davamlı aktivlik müşahidə olunacaq”
"Qarşıdan gələn parlament seçkilərinə ictimai-siyasi sektorda fəaliyyət göstərən müstəqil şəxslərlə yanaşı, bir sıra siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) sektorunun, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də iştirak etmək niyyətində olduqlarını bildirirlər. Xüsusilə, QHT-lərin parlament seçkilərindəki iştiraklarının hansı yeniliklər və üstünlüklərlə fərqlənəcəyi ictimai rəydə maraq doğurmaqdadır". Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib.
Mərkəzin rəhbəri mövzu ilə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib ki, vətəndaş cəmiyyətinin əsas hissəsi olan QHT-lər hər zaman ölkənin ictimai siyasi həyatında aktiv iştirak ediblər: "Yəni hər zaman QHT-lər ölkənin ən mühüm məsələlərində aktiv şəkildə iştirak edirlər. O cümlədən də, ölkədə keçirilən bütün seçkilərdə fəallıqları ilə seçiliblər. Bu iştirak isə müxtəlif spektorları əhatə edib. Yəni, həm seçkilərin monitorinqinin keçirilməsi, həm "Exit-poll"ın keçirilməsi, həm seçkilərdə müşahidəçilik missiyasınnı yerinə yetirilməsi kimi məsələlərdə iştirak edirlər".
QHT rəhbəri həmçinin bildirib ki, ötən parlament seçkilərində iştirak edən şəxslər var ki, onlar eyni zamanda vətəndaş cəmiyyəti institutlarının təmsilçiləridirlər: "Bu baxımdan, hesab edirəm ki, qarşıdan gələn seçkilərdə də QHT sektorunda davamlı aktivlik müşahidə olunacaq".
Rufiz Qonaqov müxalifət düşərgəsinə yaxınlıqları ilə seçilən və qərəzli siyasi fəaliyyətlərini QHT pərdəsi altında gizlədənlərin də olduğunu istisna etməyib: "Azərbaycanda bir qrup müxalif siyasi qüvvələr və onların nəzarəti altında olan QHT-lər var ki, onlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə və ölkəmizin dünya dövlətləri arasında müsbət münasibətlərini pozmağa çalışırlar".
QHT rəhbəri bunun məüsədyönlü siyasət olduğunu deyib: "Bu da məqsədyönlü bir siyasətdir. Adıçəkilən qüvvələrə elə gəlir ki, bu cür vasitələrlə onlar öz siyasi iddialarını təmin edə və bunulada hər hansı bir xarici dəstəyi ala bilərlər. Ümumiyyətlə, bu kimi qüvvələrin apardıqları bütün səylərə baxmayaraq onların gördükləri iş sonda heç bir nəticə vermir və verməsidə mümkün deyil. Bir sözlə, müxtəlif vaxtlarda müxalifətyönlü QHT-lərin xaricidən nə isə bir yeni tapşırıqların alması ilə bağlı məsələlər əsasən də ölkədə nə isə bir seçkilərin keçirilməsi öncəsi baş qaldırır. Təəssüflər olsun ki, Azərbaycanda nə isə bir mühüm tədbirlərin keçirilməsi öncəsi və seçkilər vaxtı bu kimi məsələlər ortalıqa çıxır. Bu qüvvələr bir məsələni başa düşmürlər ki, onların maraqlarının təmin olunmasına yol açmır. Müxalifətyönlü QHT-lərin yesiz hərəkətlərə əl atması onlara baş ucalığı gətirən deyil. Əksinə onları daha da gözdən salacaqdır".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB