"Artıq Müasir Müsavat Partiyasının bəzi rayon təşkilatlarında ilkin seçkilər keçirilib və müəyyən yerlərdə seçki qərargahları yaradılıb. Demək olar ki, artıq seçkilərə hazırlıq öz axarı ilə gedir". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, partiyanın seçkilərin keçirilməsi ilə bağlı qərarından sonra namizədliyini irəli sürəcək: "Hazırda MMP-də 65 nəfərin namizədliyi müzakirə olunur. 20-25 avqust aralığında partiyanın iclası keçiriləcək. Müəyyən çətinliklərin olmasına baxmayaraq seçkilərə hazırıq".
Partiya olaraq üzləşdikləri çətinliklərdən danışan Hafiz Hacıyev seçiciləri inandıra bilmədiklərini söyləyib: "Tərəfdarlarımız arasında seçki əhval-ruhiyyəsi çox pisdir. Bəziləri deyir ki, sən iqtidara həddən artıq yaltaqlanırsan. Müəyyən narazılıqlar var. Son günlər bəzi beynəlxalq təşkilatlar insanlar arasında inamsızlıq abı-havası yaradır, anti-dövlət təbliğatı aparır. Düşünürəm ki, bəzi məmurların gördüyü işlər həmin təşkilatlara "qara piar" kampaniyası aparmağa rəvac verir. Biz bütün məsələlərdə dövlət başçısının yanındayıq. Radikal müxalifət partiyalarında boykot məsələsi də ortaya atılıb. Bütün bunlar həqiqətdir. İnsanlara mənfi emosiyalar yüklənilir. Məncə bunun qarşısını almaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB