Bu gün "Bakı-2015" Avropa Oyunları Әməliyyat Komitəsi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda Avropa Oyunları Әməliyyat Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Kolin Gibson iştirak ediblər.
Konfransda Avropa Oyunları Әməliyyat Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək ötən gün baş tutan oyunların uğurlu keçdiyini söyləyib. Bildirib ki, Avropa Oyunları çərçivəsində 14 mәkanda 7 idman növü üzrə yarışlar baş tutub: "18 iyundakı oyunları 30 min tamaşaçı izləyib. Ötən gün gülәş üzrә son yarışlar keçirilib. Bu gün şәhәrin mәrkәzindә bәzi yollar bağlı olacaq. Velosipedçilәr yollarla tanış olacaqlar və sabahdan qadınlar arasında velosiped yarışları başlayacaq. Bu gün 12 idman növü üzrә yarışlar olacaq".
Saymon Kleq yarışlara boş yerlərin olmasına baxmayaraq, tamaşaçıların biletlәr tapmaması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, tamaşaçılar televiziyaya baxanda görürlәr ki, boş yerlәr var, lakin bilet almağa gələndə mənzərənin tamamilə fərqli olduğunu söyləyirlər: "Satılan biletləri yenidən sata bilmәrik. Açıq hava yarışlarında insanlar çox qalmırlar. Hәmin yerlәr üçün tәkrar bilet satmaq imkanı yoxdur. Bәzәn tamaşaçılar bilet alırlar vә gәlmirlәr. Bәzәn gələnlər də qısamüddәtli qatılırlar. Kimsә yarışları izləmək üçün bilet almaq istәyir, lakin mümkün olmur. Tәəssüf ki, biletlәr satılmış olur".
S. Kleq Avropa Oyunlarının birinci həftəsinin gözlәnildiyi kimi uğurlu keçdiyini söyləyib. Bildirib ki, gündәlik xırda çәtinliklәr olsa da, bunlar әhәmiyyәtli deyil. Həmçinin ev sahibi olan ölkәnin nümayәndәlәrinin yarışlarda yüksәk nәticәlәr göstərməsi və tamaşaçıların yarışlara böyük marağı ab-havaya müsbәt tәsir edir. Saymon Kleq bilet alıb, hər hansı yarışa getməyin Azәrbaycan üçün yeni bazar olduğunu vurğulayıb: "Bilet alınması indi onlara aşılanır. Futboldan başqa digәr idman növləri üçün də bilet alma mәdәniyyәti tәdricәn inkişaf edir. Onu da deyim ki, bilet satışından әldә olunan gәlir oyunların tәşkilindә әsas komponent deyil. Biletlәr ucuzdur. Düşünürəm ki, insanları yarışları izləməyə cәlb edәn әsas sәbәb də budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB