Şəxsiyyətləri deqradasiyaya uğramış cinsi azlıq Ulrike Lunaçek və ermənipərəst Elmar Brokun anti-Azərbaycan kampaniyası fiaskoya məhkumdur
Yalan ayaq tutar, amma yeriməz
Avropa məkanında ilk dəfə olaraq Bakıda keçirilən I Avropa Oyunlarına Azərbaycan çox yaxşı hazırlaşıb və yarışlara ən yüksək səviyyədə ev sahibliyi edir. İyunun 12-dən start götürən və ümumilikdə 17 gün davam edəcək bu elit idman yarışlarında Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı medallar uğrunda mübarizə aparır. Bu, böyük idman bayramı dünya mediasında da geniş şəkildə işıqlandırılır. İdmançıların nailiyyətləri ilə bərabər, ölkəmizin iqtisadi qüdrəti, Azərbaycandakı multikulturalizm, tolerantlıq və sair bu kimi reallıqlar da dünya mediasında geniş təbliğ olunur. Amma bütün bunlarla yanaşı, çox təəssüf ki, baş verənlərə qısqanclıqla yanaşan, anti-Azərbaycan şəbəkə formalaşdıraraq, ölkəmiz əleyhinə qərəzli, şər-böhtan kampaniyası aparanlar da aktivləşir.
Bəzi Qərb dairələri, erməni lobbisi, eləcə də onların təsiri altında olan təşkilatlar, həmçinin nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan bir sıra siyasətçilər əsassız arqumentlərlə, yalan və böhtan tipli bəyanatlarla çıxış edirlər. Onlar hər dəfə çeynənmiş mövzuları təkrar-təkrar dilə gətirməklə Azərbaycanı ləkələməyə, I Avropa Oyunlarının əhəmiyyətini kiçiltməyə çalışırlar.
Əxlaqsızlıqdan siyasətə keçid
Bu sırada öndə gedən "siyasilərdən" biri də 57 yaşlı Ulrike Lunaçekdir. 1995-ci ildə Avstriya gey və lesbiyanlarının təşkil etdiyi ictimai kampaniyanın təqdimatını etməklə populyarlaşan bu qadın elə həmin ildən etibarən də siyasətə gəlib. Özü də seksual azlıqları təmsil edən U.Lunaçek 2013-cü ildə Avropa Parlamentinin vitse-prezidenti seçilib. Eyni zamanda o, Avropa Parlamentində Avstriya "Yaşıllar qrupu"nun rəhbəri, həmçinin lesbiyan, gey, biseksual, transseksualların (LGBT) hüquqları üzrə qruplararası komitənin başçısıdır. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan U.Lunaçek Avropa Birliyi ölkələrində 4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropanın özündə də böyük qınaqla qarşılaşmışdı.
4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"
U.Lunaçek eyni zamanda Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə nümayəndə heyətinin üzvüdür. Lakin onun fəaliyyəti dövründə daim Ermənistanın vəkili kimi çıxış etdiyi müşahidə olunur. Cinsi oriyentasiyasında olduğu kimi, siyasi oriyentasiyasında da problemlər olan, separatizmə meylli U.Lunaçekin ermənilərə olan sevgisi və buradan qaynaqlanan Azərbaycan düşmənçiliyi təəccüblü deyil. Burada separatizm faktoru əsas paya sahibdir. Lakin kiçik bir detal da nəzərdən qaçmamalıdır: Lunaçek lezbiyan olaraq seksual azlıqların "xilaskarı" kimi çıxış edir. Ermənilərin bəzi "milli qəhrəmanları" isə məhz cinsi azlıqlarla assosiasiya olunub. Məsələn, Andranik, Qaregin Njde və digərləri haqda bu cür təsəvvür formalaşıb. Hətta erməni mənbələrində bu "qəhrəmanların" seksual oriyentasiyası haqda yuxarı instansiyalara ötürülən arayışların surətlərini də tapmaq olar. Odur ki, Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən Lunaçekin "erməni sevdası"nın mənbəyi aydın olur.
Lesbian vitse-prezident
Bir qədər əvvəl də qeyd edildiyi kimi, U.Lunaçek hər zaman anti-Azərbaycan münasibəti ilə diqqət çəkib. O, Azərbaycanda guya, 100-dən artıq "siyasi məhbus"un olması, söz azadlığının pozulması, jurnalistlərin susdurulması və sair barədə bəyanat və çağırışların müəllifidir. U.Lunaçek bu barədə ən müxtəlif "iddialarla" çıxış edərək, daim avropalı siyasətçiləri Azərbaycana təzyiqi artırmağa, hətta mənsub olduğu ölkənin siyasətçilərinə, həmçinin Milli Olimpiya Komitəsinə də I Avropa Oyunlarının açılış mərasimini, idman yarışlarını izləmək üçün Bakıya getməməyi tövsiyə edib. Bütün bu cəhdlər bir nəticə verməyəndə isə o, iyunun ayının əvvəlində Azərbaycan əleyhinə daha bir addım atıb. "Yaşıllar qrupu"nun tələb və təklifi əsasında Avropa Parlamentində I Avropa Oyunları ərəfəsində "İdman, insan haqları və Bakı oyunları" mövzusunda dinləmələr keçirilməsinə nail olub.
"Yaşıllar qrupu"nun homoseksual başçısı
U.Lunaçek başda olmaqla, bir qrup deputat "siyasi məhbuslar problemi"ndən tutmuş, söz və mətbuat azadlığına, sərbəst toplaşmaq azadlığına və digər məsələləri gündəmə gətiriblər. Lakin Avropa Parlamentindəki anti-Azərbaycan qrupun bütün cəhdləri iflasa uğrayıb. U.Lunaçek və ətrafının dezinformasiya, şər-böhtan xarakterli çıxışına onun öz deputat həmkarları etiraz ediblər. Deputatlar Boonanno Cyanluka, Boris Zala, xanım Gomesh Anna və başqaları Avropanın öz içində çoxsaylı problemlərin, o cümlədən insan haqları ilə bağlı problemlərin olduğunu, insanların təqib edildiyini, qətlə yetirildiyini bildiriblər. Onlar Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını siyasiləşdirməməyə çağırışlar ediblər. Beləliklə də Azərbaycana qarşı daha bir qaralama kampaniyası uğursuz alınıb, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə qətnamənin qəbuluna qarşı çıxıblar. Ancaq əminliklə qeyd etmək olar ki, U.Lunaçekin bu uğursuzluğu heç bir halda onun anti-Azərbaycan fəaliyyətinə son qoymayacaq. Bu "xanım" ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək xislətindən çətin ki, geri çəkilə.
Lunaçek və ətrafının iflası
Bunun bir səbəbi U.Lunaçekin ermənipərəstliyi, separatçılığı ilə əlaqədardırsa, digər mühüm amil onu bu "fəaliyyətə" məcbur edən bəzi xarici dairələr, xüsusən də Almaniyadır. Xatırlayırsınızsa, 2012-ci ildə Bakıda "Avrovizion" beynəlxalq musiqi müsabiqəsi keçirilən zaman ölkəmizə qarşı məhz Almaniya mediası üzərindən geniş anti-təbliğat kampaniyası aparılırdı. O zaman Almaniyanın bəzi dairələri bu yolla sübut etməyə çalışırdılar ki, Azərbaycan dünya miqyaslı mühüm tədbirlərə ev sahibliyi etmək iqtidarında olmayan, geridə qalmış, inkişaf etməyən bir ölkədir. Lakin "Avrovizion-2012" musiqi yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi Almaniyanın apardığı qarayaxma kampaniyasını iflasa uğratdı. Yaşanan hadisələrdə məğlub duruma düşən, Azərbaycana qarşı səsini qaldıra bilməyən Almaniya, indi də "Yaşıllar qrupu"ndan, əxlaqsız U.Lunaçekdən, həmçinin Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok kimi qatı ermənipərəstlərdən istifadə edərək, Avropa İttifaqının mühüm qurumu səviyyəsində Azərbaycan əleyhinə qərarların qəbul olunmasına çalışır. Xatırlatmaq üçün qeyd edək ki, E.Brok cari il aprelin 15-də Avropa Parlamentində Türkiyə əleyhinə sənədin qəbul olunmasına nail olmuşdu. Özü çıxışında uydurma erməni "soyqırımını" tanıdığını bəyan edərək, rəsmi Ankaranı da bu "soyqırımı" tanımağa çağırmışdı.
Sadalanan faktlar onu deməyə əsas verir ki, Almaniya bu gün də şəxsiyyəti deqradasiyaya uğramış U.Lunaçek və E.Brok kimiləri üzərindən Azərbaycan əleyhinə geniş qarayaxma kampaniyasını davam edir. Ancaq yaxın tarixdə baş verən proseslərə istinad edərək, bu kampaniyasının da iflasa uğrayacağını əminliklə söyləmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



