Vahid Əhmədov: “Avtomobillərdən istifadə etməmək üçün tədbirlər təxirə salına bilər” AÇIQLAMA
"I Avropa Oyunları kimi möhtəşəm tədbirin Azərbaycan üçün çox böyük siyasi əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, I Avropa Oyunlarının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün bir sıra böyük tədbirlər görülür. Bunlarda biri "Avtomobilsiz 20 gün" kampaniyasıdır. Şəhərdə tıxacların azaldılması üçün bu, çox önəmlidir: "Bu tədbirdə istənilən halda təhlükəsizliyi qorumaq, həm insanların, həm tədbirin təhlükəsizliyini təmin etmək üçün Daxili İşlər Nazirliyi bu addımı atıb. Mən fikir verirəm ki, son vaxtlar Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi irimiqyaslı tədbirləri demək olar ki, hər gün keçirir. Bütün bunlar tədbirin normal şəkildə başa vurulması, həyata keçirilməsi üçündür. Çünki, tədbir Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Müəyyən Avropa dövlətləri buna qınaqla yanaşsalar da, hesab edirəm ki, bu bizim üçün çox böyük əhəmiyyətə malikdir. Fikir versək, 2 min il əvvəl Olimpiya oyunları Yunanıstanda keçirilib, indi də Olimpiyadanın vətəni olaraq tanınır. Yəni, Avropa Oyunları çox əhəmiyyətli tədbirdir və mən hesab edirəm ki, texniki cəhətdən təhlükəsizlik tədbirlərini lazımı dərəcədə həyata keçirmək lazımdır".
Millət vəkili digər deputatlara da tövsiyə verdi: "Əgər rayonlarda vətəndaşlarla vacib görüşlər nəzərdə tutulmayıbsa, bu zaman avtomobillərdən istifadəyə ehtiyac olmamalıdır. Bununla da avtomobildən daha az istifadə olunar. Gördüyünüz kimi artıq şəhərdə avtomobillərin sayı xeyli miqdarda azalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB