Prezident başssağlı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Tzinpinə başsağlığı verib. SİA- nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli cənab Sədr, Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə