“Aİ bərabər hüquqlu müstəvidə əməkdaşlıq etmək imkanına malik deyil”
"Riqada keçirilən sammit bir daha sübut etdi ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrlə bərabər hüquqlu müstəvidə əməkdaşlıq etmək imkanına malik deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
"Sammitin bəyannaməsində yer alan bir sıra fikirlər, xüsusilə Ukrayna ilə bağlı qeyd olunan məsələlər, Azərbaycan ərazilərinin işğalına yenidən ikili standartların təsdiq olunması, qeyri-səmimi münasibətin ortaya qoyulması, əslində bir müddət öncə Avropa Parlamentində Azərbaycan qarşı aparılan təxribat xarakterli hücumların haradan qaynaqlandığını bir daha sübuta yetirdi. Eyni zamanda sübuta yetirdi ki, Azərbaycan qarşı aparılan kampaniyanın mahiyyətində, motivində məhz Dağlıq Qarabağ məsələsi, Ermənistanın himayə olunması dayanır. Əks təqdirdə Riqa sammitinin yekun bəyannaməsində BMT qətnamələrinin mahiyyətinə uyğun olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı bir daha vurğulanar və Ermənistanın işğal etdiyi əraziləri azad etməsi ilə bağlı fikirlər yer alardı. Göründüyü kimi bu məsələlər yer almadı. Təbii ki, Azərbaycan təmsilçiləri də buna öz iradlarını Aİ rəhbərliyinə bildirib. Hesab edirəm ki, bu məqsədyönlü şəkildə məhz Avropa Parlamentinin prezidenti Martin Şults və onun kimi erməniləri himayə edən insanların təfəkküründən qaynaqlanan məsələdir"- deyə, E. Mirzəbəyli vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB