"I Avropa Oyunlarına qara yaxmağa çalışanlar ilk növbədə bunu özlərinə yaxırlar". Bunu SİA-ya Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev deyib.
Deputat hesab edir ki, Azərbaycana qara yaxmağa çalışanların hərəkətləri əbəsdir: "Onlar belə əməllərlə özlərini biabır edirlər. Çünki, təmiz, yaxşı olana qara yapışmır. Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. Çünki, idman sülhdür. Azərbaycan da idman yarışı keçirir. Özü də Avropa qitəsinin ilk olimpiya oyunlarının keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə yığaraq dostluq, qardaşlıq səviyyəsində hərbi meydanlarda yox, idman meydanlarında yarış keçirir".
A. Əbiyev deyib ki, I Avropa Oyunları ərəfəsində başlanan anti-Azərbaycan kampaniyası paxıllıqdan, gözü götürməməkdən qaynaqlanır: "Bizə yaxılan qaralar özlərinindir. Azərbaycanı bu qara tutmayacaq. Çünki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirmək üçün ürəklə hazırlaşır. Bu oyunlar bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır. Məqsədimiz odur ki, Avropa xalqları oyunlardan həzz alsınlar. Bir iki başdan soyuq adam anti-Azərbaycan kampaniyası aparırsa, deməli bacardıqları iş yalnız odur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB