Ngo Due Manhın: “Heydər Əliyevin dostluğumuzda böyük rolu olub” AÇIQLAMA

Ngo Due Manhın: “Heydər Əliyevin dostluğumuzda böyük rolu olub” AÇIQLAMA

"Münasibətlərimizin dərinləşdirilməsi məsələsində bu dostluq forumunun xüsusi rolu olacaq. Vyetnamlı tələbələr Bakıda təhsil alaraq ölkəmizdə fəal işlər həyata keçiriblər". SİA-nın məlumatına görə, bu sözləri Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Due Manhın bu Bakıda keçirilən "Azərbaycan – Vyetnam Dostluq Forumu"nda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün Vyetnamın bir çox dövlət qurumlarında Azərbaycanda təhsil alan tələbələr çalışır. Vyetnamla Azərbaycan arasında tarixi əlaqələr mövcuddur: "Azərbaycanda təhsil alan tələbələr hazırda müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışırlar. Vyetnam bu gün çox inkişaf edib. Ən ağır günlərində Vyetnama göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm. Sizin Ümummilli lideriniz Heydər Əliyevin bu iki xalqın dostluq münasibətlərinin dərinləşməsində xüsusi rolu olub. Biz Azərbaycanla münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Vyetnamda Azərbaycan səfirliyinin açılması bu gün xüsusi rola malikdir. Səfir Anar İmanovun təşəbbüsləri sayəsində səfirlik Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin evinə çevrilib".

Ngo Due Manhın onu da qeyd edib ki, bu gün Azərbaycanla Vyetnam arasında ticarət məsələsi gündəmdə olan bir mövzudur: "Ticarət əlaqələrinə gəldikdə isə, bu gün Vyetnamdan Azərbaycana tropik məhsulların ixracı planlaşdırılır bilər. Azərbaycandan bəzi məhsulların ölkəmizə ixrac edilməsini istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə