Ekspert: “Qondarma seçki danışıqları prosesinə mənfi təsir göstərəcək”
"Qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən parlament seçkiləri birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd və qanunzsuz bir addımdır". Bunu SİA-ya siyasi ekspert Arzu Nağıyev bildirib.
O deyib ki, ermənilər bu addımları ilə beynəlxalq normalara hörmətsizlik göstərirlər: "Daha dəqiq desək, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası pozulur. Eyni zamanda ATƏT-in Madrid prinsiplərinin müddəalarının əleyhinə addımlar atılır. Danışıqlar prosesi də əsasən, məhz bu prinsiplərin maddələrinin icrası istiqamətində aparıldığı üçün qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən parlament seçkiləri danışıqlar prosesinə mənfi təsir göstərəcək."
Qeyd edək ki, ötən gün Dağlıq Qarabağdakı erməni separatçıları növbəti dəfə Azərbaycan qanunlarını tapdalayaraq işğal olunmuş ərazilərimizdə seçki oyunlarını reallaşdırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB