Deputatlarımız NATO PA tədbirində

Deputatlarımız NATO PA tədbirində

Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə