Layihə bağlandı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində yaradılan Etika Akademiyasının rəhbəri Günel İbrahim JTİ şirkətinin dəstəyi ilə koordinator olduğu Lerik rayonunda icra edilən su təchizatı layihəsinin bağlanış mərasimində iştirak edib. SİA-nın məlumatına görə, açılış mərasiminə Lerik rayonu İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov JTI şirkətinin nümayəndələri və digər şəxslər də qatılıb.

Layihənin məqsədi Lerik rayonun Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək üçün sub-artezian quyusunun qazılması və sub-artezian sisteminin müvafiq qaydada quraşdırılması idi.

Məlumat verilib ki, Əhalisi 2000 nəfər olan Cəngəmiran kəndi qədim tarixə malikdir. Kənddə məktəb vəuşaq bağçası var. Əvvəllər, ətrafda digər su mənbələri olmadığına görə kənd əhalisi bir neçə kilometr yol qət edib, su əldə edirdilər. Layihədən sonra isə bu problem aradan qalxıb və onlar daimi və təhlükəsiz su ilə təmin olunacaqlar.

Günel İbrahim JTI təşkilatına, yaradılan şəraitə və artezian quyusunun istismarına görə isəLerik rayonu icra hakimiyyətinin başçısı Rövşən Bağırova öz təşəkkürünü bildirib.

Daha sonra JTİ şirkətinin nümayəndələri korporativ sosial məsuliyyətin vacib olduğunu və belə layihələrin şirkət tərəfindən daim dəstəkləndiyini qeyd edib.

Qeyd edək ki, bu layihə Japan Tabacco İnternational(JTI) şirkətininin Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən ikinci layihədir. Təşkilatı məsələlər AR Milli QHT Forumu tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə