"Uzun illərdir ki, Azərbaycanda baş verən prosesləri gözü götürməyən, ölkəmizlə bağlı öz qərəzli fikirlərini nümayiş etdirən "Amnesty İnternational" və onun kimi bir neçə "hüquq müdafiə təşkilatları" Azərbaycanda baş verən prosseslərə qara yaxmaq ilə məşğuldurlar". Bu sözləri SİA-ya açıqlamasında İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov deyib.
Onun sözlərinə görə, bu qarşılaşdığımız ilk belə hadisə deyil: "Həmin təşkilatların bu cür qərəzli çağırışlarının bir neçə ildir ki, şahidi oluruq. Onların məqsədi isə Azərbaycanda müsbətə doğru atılan hər bir addımı dünya ictimaiyyətinin diqqətinə tamam fərqli yöndə təqdim etməkdən ibarətdir. "Amnesty İnternational" təşkilatının I Avropa Olimpiya Oyunlarının boykot edilməsi ilə bağlı etdiyi çağırış da illərdir ölkəmizə qarşı aparılan qaralama kampaniyasının davamıdır. Mənim fikrimcə bu kampaniya "Amnesty İnternational" ilə birlikdə "Human Rights Watch" təşkilatının birgə həyata keçirdiyi bir aksiyadır ki, Olimpiya Oyunları ilə bağlı Azərbaycana gələcək əcnəbi vətəndaşlarda ölkəmizlə bağlı mənfi imic formalaşdırmaq niyyəti daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB