Nemtsovun sevgilisi müdafiə proqramından imtina etdi

Nemtsovun sevgilisi müdafiə proqramından imtina etdi

Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli zamanı onun yanında olmuş ukraynalı sevgilisi Anna Duritskaya şahidlərin müdafiə proqramından imtina edib. SİA "meduaza"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Vadim Proxorov məlumat verib. Vəkilin bildirdiyinə görə, Duritskaya ilə bağlı aparılan istintaq işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, vəkil öz müvəkkilinin haqlarının pozulduğunu da deyib. Belə ki, Anna Duritskaya daim nəzarət altında saxlanılır. Ona öz mənzilindən çıxmağa icazə vermirlər: "Əgər yaxın günlərdə mövcud situasiya dəyişilməsə, biz baş prokurorluğun insan haqları üzrə şöbəsinə müraciət edəcəyik".

Lakin buna rəğmən, istintaq komitəsindən bildirilib ki, Duritskaya qətl hadisəsinin bilavasitə şahidi olduğu üçün onunla istintaq işinin aparılmasında əsaslar var.

Qeyd edək ki, Anna Duritskaya Boris Nemtsov qətlə yetirildiyi an onun yanında olub və hadisə ilə bağlı ilk ifadələrini verib. O, hələ ki, Moskvada öz mənzilində nəzarət altında saxlanılmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə