"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland kifayət qədər mötəbər bir heyətlə Azərbaycana səfərini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər təkcə Azərbaycanla bağlı deyil, Qafqazda ABŞ siyasətinin və maraqlarının ciddi xarakter daşıdığının göstəricisidir". Bunu SİA-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
F. Ağamalı deyib ki, V. Nulandın girovların azad edilməsi ilə bağlı açıqlaması xoş niyyətin göstəricisidir: "Nəhayət ABŞ uzun zamandan sonra Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı məsələni gündəliyə gətirdi. Özü də yetərincə yüksək çinli rəsminin dilindən".
"Mətbuatda ABŞ-Azərbaycan münasibətlərinin guya gərgin olması barədə yazılırdı və buna müxtəlif yanaşmalar var idi. Bu gün ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışan qüvvələr var. Bunlar ABŞ-da erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Lakin görünən budur ki, rəsmi Bakı və Vaşinqton arasında münasibətlər yüksək səviyyədədir. Hesab edirəm ki, bu münasibətlər strateji tərəfdaşlığın şərtlərinə uyğun olaraq daha da inkişaf edəcək" - deyə, millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB