Qırğız Respublikasının Təhsil və Elm naziri xanım Elvira Sariyeva ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib. SİA-ya verilən məlumata görə, səfir naziri salamlayaraq, vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Nazir təbrikə görə təşəkkür etmiş və ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf edir. İki ölkə arasında əməkdaşlığın inkişafında Səfirliyin aktiv fəaliyyətindən məlumatlıdır.
Səfir Azərbaycan Respublikası Təhsil Nazirliyi və Qırğız Respublikası Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş layihəsindən söz açaraq, yaxın bir zamanda Sazişin baxılıb imzalanmasının vacibliyini qeyd edib.
Nazir bu məsəlini öz nəzarətinə götürəcəyini qeyd edib.
Nazir iki ölkənin ali məktəbləri arasında əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, Azərbaycan ilə orta məktəblər arasında da əməkdaşlıqda maraqlı olduqlarını və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklər arasında görüşlərin keçirilməsinin vacibliyini bildirib.
E.Sariyeva həmçinin 2014-də Azərbaycan Respublikasına səfəri zamanı ADA Universitetində olduğunu və belə yüksək tədris müəssisənin qardaş Azərbaycanda yarandığı üçün qurur duyduğunu bildirmişdir.
Səfir qeyd etmişdir ki, qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlığın yüksələn templə davam etdiyini və münasibətlərimizin inkişafı ölkə başçılarımızın maraq dairəsindədir.
Qeyd edək ki, görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB