Vətəndaşların bələdiyyə qulluğuna qəbul edilməsi qaydaları dəyişdirilir. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Regional Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa edilən dəyişikliklərdə qeyd olunur.
Belə ki, qanunun 5-ci maddəsinin ikinci hissəsində "bələdiyyənin sədri birbaşa təyin edir" sözləri "bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir" sözləri ilə əvəz edilib.
Komissiya sədri Arif Rəhimzadə qeyd edib ki, indiyənə qədər bələdiyyə qulluğuna işçiləri bələdiyyənin sədri qəbul edirdi: "Düzəlişə görə, bələdiyyənin müsabiqə komissiyası yaradılır və bu seçki komissiyasının müsbət qərarı olandan sonra bələdiyyə sədri o şəxsləri bələdiyyə qulluqçusu kimi işə götürə bilər".
A. Rəhimzadə qeyd edib ki, bu düzəliş bələdiyyələrdə şəffaflığın təmin edilməsi və bələdiyyələrlə cəmiyyət arasında yaxınlıq yaratmaq məqsədilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB