Tarif Şurasının statusunun dəyişdirilməsi təklif edilir

Milli Məclisin deputatı Zahid Oruc Tarif Şurasının statusunun qanunla müəyyənləşdirilməsini təklif edib. SİA-nın məlumatına görə, bu təkliflə deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

O qeyd edib ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra Tarif Şurası qərar qəbul etdi ki, benzinin qiyməti 2 qəpik artırılsın: "Bu da əhali tərəfindən narazılıqla qarşılandı. Lakin 2 gündən sonra ölkə başçısının haqlı qərarı ilə bu problem aradan qaldırıldı. Bütün bu kimi halları nəzərə alaraq təklif edirəm ki, Tarif Şurasının statusu qanunla müəyyənləşdirilsin".

"Şuranın tərkibinə müxtəlif qurumlardan sadəcə müavin səlahiyyətini daşıyan şəxslər cəlb olunur. Halbuki orada cəmiyyətin maraqlarını müdafiə edən əlaqələndirici QHT rəhbərlərindən, eləcə də parlamentin İqtisadi siyasət komitəsinin üzvlərindən, yaxud da Mətbuat Şurasından kiminsə olması daha məqsədyönlü olardı" – deyə, Z. Oruc bildirib.

Z. Oruc bildirib ki. Tarif Şurasının benzinin qiymətini qaldırması digər məhsulların nisbi şəkildə qiymətinin artmasına səbəb olub: "Təbii ki, həmin dəyişiklik köklü şəkildə, ciddi bir dəyişiklik deyil. Lakin bu kimi əsassız addım atılmamalı idi. Ona görə də hesab edirəm ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər sahəsində yeniliklər tətbiq etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...