Hikmət Hacıyev: “Bu məsələ Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdırılacaq” MÜNASİBƏT

Hikmət Hacıyev: “Bu məsələ Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdırılacaq” MÜNASİBƏT

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdıracaq". Bunu SİA-ya Uruqvay Xarici işlər nazirinə istinadən verilən xəbərlərə münasibətdə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bir çox hallarda "asbarez.com" kimi erməni kütləvi informasiya vasitələrində bu kimi xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim olunur: "Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu.

Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə