"Bank VTB" ASC-nin prezidenti, idarə heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə "Bank VTB" Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti, kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz Sizə həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.
Sizin əzmkar əməyiniz sayəsində siyasi və iqtisadi inkişaf sahələrində böyük uğurlar qazanmış qardaş Azərbaycan səmərəli islahatlar və keyfiyyətli dəyişikliklər yolunda inamla irəliləyir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın daimi dəstəyini arzu edim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB