"Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait növbəti ildə dini icmalara yönəldiləcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında imzalanan sərəncama münasibət bildirərkən deyib.
Mübariz Qurbanlının sözlərinə görə, sərəncamda da qeyd edildiyi kimi, milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsi, bu sahədə işin gücləndirilməsi, dini maarifləndirmə işinin daha yüksək səviyyəyə qaldırılması üçün dini icmalara vəsait ayıracayıq: "Bu gün ölkəmizdə 600-ə qədər dini icma var. Həmin icmalar arasında vəsait bu istiqamətdəki təqdim etdikləri plan, layihə üzrə zaman-zaman onların hesabına veriləcək. Bu vəsaitin əsas məqsədi dini maarifləndirmə işi və milli-mənəvi dəyələrin möhkəmləndirilməsinə yönələn fəaliyyətə dəstək məqsədi daşıyır. Bu sərəncamın özü bir daha göstərir ki, ölkəmizdə dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasətində önəmli yerlərdən birini tutur. Azərbaycanda dini icmalara, məscidlərə, bütövlükdə isə dini ayinləri icra edən müxtəlif dini konpensiyalara hər cür dəstək göstərilir.
Ümumiyyətlə hər il qeyri-islami icmalara (provaslav, katolik, yəhudi) vəsait ayrılırdı. Mən ötən gün Sinaqoqda oldum. Burada yəhudi icmasının nümayəndələri ilə görüşdük. Onlar da bu cür yardımlara görə cənab İlham Əliyevə təşəkkür etdilər. Qeyd etdilər ki, dünyanın heç bir yerində Azərbaycandakı qədər tolerantlıq və hakimiyyətin, dövlətin dini qurumlara bu cür dəstəyi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB