Fazil Mustafa: "Leyla Yunus beynəlxalq təşkilatlara informasiya baxımından əhəmiyyətlidir" AÇIQLAMA
"Beynəlxalq təşkilatlar tərəfindən Leyla Yunusun müdafiə olunması onun barəsində aparılan istintaqa təzyiq vasitəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda ayrı-ayrı şəxslərin himayəsi onu göstərir ki, həmin qüvvələr ölkəmizlə bağlı hansısa bir layihələrə aiddirlər. Beləcə, hesab edirəm ki, onlar xüsusi adamları müdafiə etməklə məşğuldurlar. Təbii ki, bunun özü də Azərbaycanda Leyla Yunusla bağlı aparılan istintaqa təzyiq vasitəsidir. Ümumiyyətlə mən Azərbaycana bağlı bir insanın müdafiə olunmasını görməmişəm. Əksinə onlara daha çox bağlı olanlar müdafiə olunurlar. Düşünürəm ki, Leyla Yunus beynəlxalq təşkilatlara informasiya baxımından əhəmiyyətli olduğu üçün müdafiə edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə