Mustafa Hacıbəyli Elnur Astanbəyliyə CAVAB VERDİ

"Hələlik susuruq, xırdaçılığa getmək istəmirik"
Mustafa Hacıbəyli Elnur Astanbəyliyə CAVAB VERDİ

"Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəyli müxalifətyönlü saytların birində Müsavat Partiyasının yeni rəhbərliyini tənqid edən fikirlər səsləndirib və həmin fikirlərində adıçəkilən partiyanın bu dərəcədə bitəcəyini gözləmədiyini deyib. O, həmçinin Müsavata eyham vuraraq, Arif Hacılının qardaşı, Məclis üzvü Mustafa Hacıbəylinin təşkilat daxilində Post Patrul Xidməti (PPX) vəzifəsini icra etdiyini deyib. SİA xəbər verir ki, Mustafa Hacıbəyli Elnur Astanbəylinin ittihamlarını cavabsız qoymayıb və özünün "facebook" səhifəsində həmin ittihamlara qarşı adekvat fikirlərini bildirib. Mustafa Hacıbəyli qeyd edib ki, Elnur Astanbəyli təkzib edilə biləsi fikirlər irəli sürüb: "Təkzib edilə biləsi fikirlər irəli sürüb, bunu təkzib edəsi şəxsləri qabaqcadan PPX adlandırmaq yanaşmasını yaraşdırmıram sənə. Xasiyyətimə bələdsən məncə, oz ziyanıma olan həqiqətləri də danan deyiləm, o ki, qardaş ola. Açığı qardaşa hücumlar boş bir şeydir, son 20 ildə en çox hücuma, tənqidə məruz qalan siyasətçilərdəndir o, və özu də buna öyrəncəlidir, nəinki mən. Son iki ayda isə heç şübhəsiz onun qədər təhqirə məruz qalan olmayib, və mən kiminsə üstünə dediyiniz kimi 25-30 adamın düşməsinin şahidi olmamışam. Nəinki biət yoxdur, indi əksinə Musavatda rəhbərliyi açıq mətnlə söymək dəbə minib. Milli mənsubiyyətin şübhə altına alınmasəndan tutmuş, açıq təhqir və böhtana qədər var. Rəhbərliyə soyuşə görə tədbir görülməməsi barədə kampaniyaya belə başlanılıb".

Mustafa Hacıbəyli daha sonar Elnur Astanbəyliyə xitab edərək bildirib. Sitat: "Məni yandıran Musavatın guya ədalətsiz seçki keçirdiyi barədə ittihamlar və şübhələrdir və sənin də bu barədə rəyindir. Guya icra strukturunda çalışan şəxsin telefon zəngləri hell edib qurultayın taleyini. Bu qəder də olmaz. Ona görə mən təkzibi mümkün olmayan bir-iki məqamı deyəcəm: "Arif Hacılı hər zaman istər Musavat Partiyasinda, istərsə də müxalifətin birgə strukturlarında Gubad İbadoğlundan daha boyuk vəzifə tutub. Parlament seçkilərində Musavatin proporsional siyahısında Arif Hacılinın adı digər başqanlıga namizədlərdən daha öndə olub, mojaritar seçkidə isə o,10 000-dən çox səsi rəsmiləşen yeganə müxalifətçidir..." Mustafa Hacıbəyli eyni zamanda bildirib ki, Arif Hacılı partiyada ən ağır çəkili adamdır və partiyanın qurultayında da onun siyasi çəkisi başqan olmasını şətrləndirib. Lakin o, qarşı tərəfin – Qubad İbadoğlu və Tural Abbaslı qruplarının əks-təbliğatlarının daha güclü olduğunu da istisna etməyib: "Razıyam ki, qarşı tərəf əks-təbliğatda daha fəaldır. Onlar İcra aparatının seçkilərdə Arif Hacılını dəstəkləməsini guya qəbahətli bir məsələ olduğuna inandıra biliblər bir sıra adamları, məsələn seni də. Amma tək İcra aparatı yox, Divan, MNTK və digər bütün strukturlar seçkidə bu və ya digər namizədin tərəfini tutublar. Məsələn, əslində bu məsələdə həqiqətən tərəfsiz qalmalı olan MNTK qarşi tərəfi müdafiə edib. Eynən mətbuat xidmətinin rəhbərliyi də bu mövqede olub. İcra aparatı deyilən struktur, 7-8 nəfər maaşsiz i.ıəyən musavatçılardan ibarətdir. İcra aparatında yalnız bir nəfər az da olsa stabil məvacib alan əməkdaş var ki, o da Qubad bəyi dəstəkləyib".

Mustafa Hacıbəyli daha sonar yazıb ki, onlar qalib tərəf kimi hələlik susmağa üstünlük verir və xırdaçılığa getmək istəmirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə