İlham Əliyev Qətərin Azərbaycandakı səfirini qəbul edib

İlham Əliyev Qətərin Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi, əlaqələrimizin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə